Türkiyə Qara dəniz sahilinə gələn hər çarter reysi üçün ən azı altı min dollar pul ödəyəcək. Ölkə hakimiyyəti tur operatorlarının subsidiya proqramının coğrafiyasını genişləndirmək qərarına gəlib.
Oxu.Az Rambler news-a istinadən xəbər verir ki, yeni siyahıya, əsasən, Qara və Aralıq dənizləri sahillərində olan 12 aeroport daxildir.
Proqramın şərtlərinə görə, 2017-ci ilin dekabr ayının 31-nə qədər yerinə yetirilən minimum 100 sərnişin olan hər çarter reysinə görə, təşkilatçılar Türkiyənin Turizm və Mədəniyyət Nazirliyi tərəfindən altı min dollar alacaq. 150-dən çox sərnişinin olduğu marşrutlarda bu məbləğ 30 faiz artırıla bilər.
Subsidiyalar əsasən, Qara dəniz əyalətləri - Trabzon, Ordu, Giresun, Çarşamba (Samsun), Dənizli, İsparta və Əskişəhərə aiddir. Daha öncə tur operatorlar və aviaşirkətlər Antalya, Alaniya, Dalaman, Bodrum, İzmir və Kutahya əyalətinə çarter üçün pul alırdılar.
N.O.
www.oxu.az