İyunun 1-dən etibarən Türkiyə sərhədini keçən Rusiya yük maşınları mütləq qaydada viza almalıdırlar.
Oxu.Az-ın məlumatına görə, bu barədə RİA Novosti-yə Türkiyə Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından bildiriblər.
“Türkiyə uzun müddət ərzində Rusiya yük maşınları üçün viza rejimi tətbiq etmirdi, lakin Rusiya tərəfinin türk malları üçün sərhəddə nəzarət qaydaları gücləndirildikdən sonra iyunun 1-dən bu addımı atmağa məcbur olduq. Bununla belə, Rusiya təyyarəsinin vurulmasından əvvəlki dövrdə mövcud viza rejiminə qayıtmağa ümid edirik”, - assosiasiyanın nümayəndəsi deyib.
O qeyd edib ki, cari ilin əvvəlində Rusiya Türkiyə yük maşınları da daxil omaqla, birtərəfli qaydada viza rejimini tətbiq edib. Bu səbəbdən yük maşınları alternativ Xəzər marşrutundan istifadə edirlər.