Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksləri alıb.
Oxu.Az "Milliyet" qəzetinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Nurəddin Canikli məlumat verib.
"Bu iş başa çatdırılıb. S-400 sistemləri alınıb", - deyə nazir bildirib.
Nazir Türkiyənin bununla kifayətlənməyəcəyini vurğulayıb.
“Öz hava müdafiə sistemimizi işləyib hazırlamaq üçün biz Eurosam konsorsiumu ilə əməkdaşlıq edəcəyik”, - Canikli bildirib.
N.O.