Yunanıstandan Türkiyəyə qanunsuz miqrantları daşıyan iki qayıq batıb.
Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, nəticədə ən azı 33 nəfər ölüb.
Yunanıstanın Lesbos adası yaxınlığında 22 nəfər ölüb, onların arasında uşaqlar da var, daha 11 nəfər Türkiyənin İzmir əyalətinin sahilləri yaxınlığında batıb.
Regionda sahil mühafizəsi katerlərinin və helikopterlərin iştirakı ilə xilasetmə işləri davam edir.