Bəşər Əsəd və müxalifət qoşunlarından qaçan 15 minə yaxın insan Hələb şəhərindən Türkiyə sərhədinə gəlib.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib.
“Çox təəssüf ki, Hələb darmadağın edilib. Hazırda bu şəhərdən 15 minə yaxın insan sərhədimizə pənah gətirib. Biz onların bütün tələbatlarını təmin edəcəyik”, deyə Ə.Davudoğlu bildirib.
O qeyd edib ki, Hələb əhalisinin öz evlərini tərk etməsinə səbəb Rusiyanın dəstəyi ilə Suriya hökumət qoşunlarının hücumu olub.