Türkiyənin daxili işlər anziri Efkan Ala Cizrədə əməliyyatların başa çatdığını bəyan edib.
Oxu.Az haber73.com-a istinadən xəbər verir ki, Cizrə Körpüsündə Türk bayraqları asıldı.

Türkiyə silahlı qüvvələrinin ötən ilin dekabr ayında şəhid polis Burak Dəmirçinin şərəfinə adlandırdığı terror əleyhinə əməliyyat başa çatıb. İki ay sürən əməliyyat nəticəsində 619 PKK terroçusu zərərsizləşdirilib.

Polislər təhlükəsizlik üçün müvəqqəti olaraq Cizrədən köçən, əməliyyat bitdikdən sonra öz evlərinə qayıdan ailələri “Xoş gəldiniz! Artıq azadsınız!” sözləri ilə qarşılayıblar.
Əməliyyatın sonunda xeyli silah-sursat ələ keçirilib. Rayonda əməliyyat-axtarış və təmizlənmə tədbirləri davam edir.
