Türkiyə Superliqasının 6-cı turunda "Fənərbağça" "Eyüpspor"u qəbul edib.
Oxu.Az xəbər verir ki, görüş "sarı-mavilər"in 8:0 hesablı qələbəsi ilə başa çatıb.
"Fənərbağça" 5-ci dəqiqədə Qrinvudun penaltidən vurduğu qolla hesabı açıb. Vedad Muriqi 7-ci dəqiqədə fərqi iki topa çatdırıb.
Muriqi 21-ci dəqiqədə dublunu rəsmiləşdirərək hesabı 3:0 edib. 38-ci dəqiqədə Genduzi komandasının dördüncü qolunu vurub.
45+1-ci dəqiqədə İrfan Can Kahveci oyunda beşinci qolu vurub. Muriqi 47-ci dəqiqədə hesabı 6:0 edib. Kosovo millisinin hücumçusu 55-ci dəqiqədə daha bir qol vuraraq komandasının yeddinci, özünün isə dördüncü qolunu rəsmiləşdirib.
Matçda son nöqtəni 80-ci dəqiqədə Meyson Qrinvud qoyub.
Bu nəticədən sonra "Fənərbağça" xallarını 10-a çatdırıb, "Eyüpspor" isə 3 xalla qalıb.