Türkiyə Superliqasında 14-cü turun mərkəzi qarşılaşması başa çatıb.
Oxu.Az xəbər verir ki, İstanbul derbisində "Fənərbağça" əzəli rəqibi "Qalatasaray"ı qəbul edib.
Matçda qalib müəyyənləşməyib. 27-ci dəqiqədə qonaqlardan Leroy Sane çərçivəni dəqiq nişan alıb.
Meydan sahibləri bu qolun əvəzini yalnız 90+5-ci dəqiqədə çıxmağı bacarıblar. Con Duranın qolu "sarı-lacivərdlər"i məğlubiyyətdən xilas edib - 1:1.
Hazırda "Qalatasaray" 33 xalla turnir cədvəlinin lideridir. "Fənər" isə 32 xalla 2-ci pillədə qərarlaşıb.
Türkiyə Superliqası: "Fənərbağça" - "Qalatasaray" matçında qalib olmadı
Türkiyə Superliqası: "Fənərbağça" - "Qalatasaray" matçında qalib olmadı