İstanbul-Katmandu istiqaməti üzrə reys həyata keçirən Turkish Airlines təyyarəsi enmə zamanı enmə-qalxma zolağından çıxıb.
Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, nəticədə bir sərnişin yüngül xəsarət alıb. Ekipaj üzvləri və sərnişinlər təxliyyə edilib.
Məlumata əsasən, TK726 reysini həyata keçirən Airbus 330 təyyarəsi güclü yağıntılar nəticəsində enmə-qalxma zolağının sürüşkənliyinə görə zolaqdan çıxıb.