Bakıda oğurluq etmiş qadın tutulub.
Oxu.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, ötən il yanvarın 20-də 05 radələrində M.Ə.Rəsulzadə qəsəbəsində yaşayan Arzu Nəsirovanın evindən 700 manat, 500 ABŞ dollar və qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Vəfa Saməddin qızı Zeynalova müəyyən olunaraq tutulub.
Araşdırmalar davam etdirilir.
E.Ə.
www.oxu.az