Liviya Milli Ordusu Türkiyə pilotsuz təyyarəsinin məhv edildiyini bildirib.
RİA xəbər verir ki, bu barədə ordu marşalı Xəlifə Həftər açıqlama verib:
“Minaatan mərmi daşıyan bir Türkiyə pilotsuz təyyarəsi vuruldu. Bu, barışığın pozulmasıdır. O, Abdullah əl-Utayrinin bir dəstəsi tərəfindən vurulub”.
Qeyd edək ki, Türkiyə Liviyanı ələ keçirməyə çalışan Xəlifə Həftərə qarşı mübarizə üçün hərbçilərini Liviya ordusuna dəstəyə göndərmişdi.