Rusiya və Türkiyə iyulun sonunda nəqliyyat və iqtisadi inkişaf nazirlikləri səviyyəsində hava əlaqələri və turistlərin təhlükəsizliyinin təmin edilməsi üzrə danışıqlar keçirəcəklər.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın nəqliyyat nazirinin müavini Vladimir Okulov bəyan edib.
Xatırladaq ki, Türkiyəyə çarter daşımaları ötən ilin noyabr ayında türk qırıcısı tərəfindən Rusiyaya məxsus “Su-24” bombardmançısının vurulmasından sonra iki ölkə münasibətlərində yaranan böhrana görə qadağan edilmişdi.