Türkiyənin Bitlis əyalətinin Tatvan rayonunda içərsində 1,5 ton partlayıcı yüklənmiş mikroavtobus saxlanılaraq məhv edilib.
Bu barədə Oxu.Az “Haber 7”ə istinadən xəbər verir.
Məlumata əsasən, mikroavtobusa partlayıcı maddə əyalətdə terror-partlayışı törətmək üçün yüklənibmiş.
Qeyd olunub ki, diqqəti yayındırmaq üçün terrorçular maşının üstünə Türkiyənin bayrağını taxmışdılar.