Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Türkiyədə 19 gündür axtarılan səkkiz yaşlı Narinin meyiti tapıldı
Türkiyədə Diyarbakırın Bağlar mahalının Tavşantəpə rayonunda itkin düşən Narin Güranın meyiti tapılıb.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bunu ölkənin Daxili İşlər Naziri Ali Yerlikaya açıqlayıb.
"Təəssüflər olsun ki, Diyarbakırın Bağlar mahalı Tavşantəpə rayonunda itkin düşən Narin qızımızın cansız bədəni jandarma qruplarımız tərəfindən tapıldı. Narin qızımıza Allahdan rəhmət diləyirəm. Məkanı cənnət olsun", - nazir "X"də yazıb.
Qeyd edək ki, Narin Güran avqustun 21-dən axtarışda idi.
Onun əmisi istintaq çərçivəsində saxlanılaraq sentyabrın 2-də həbs edilib.
Türkiyədə 19 gündür axtarılan səkkiz yaşlı Narinin meyiti tapıldı

"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyədə Şişli bələdiyyə sədrinin müavini həbs olundu
- Məşhur türkiyəli xizəkçinin öldüyü hoteldəki yanğınla bağlı saxlanılanların sayı artdı
- Ərdoğan və Putin arasında telefon danışığı baş tutub
- Dilan və Engin Polat cütlüyünün milyonlarla dollar dəyərində lüks avtomobilləri satışa çıxarılır
- Türkiyədə qəribə hadisə: Sərnişin avtobusundakı qutudan piton çıxdı
Ən çox oxunanlar