Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Türkiyədə 21 avtomobil toqquşdu
Türkiyənin Samsun-Ankara avtomobil yolunda intensiv qar yağıntısı görmə məsafəsini azaldaraq yolları sürüşkən vəziyyətə salıb və zəncirvari qəzalara səbəb olub.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, Havza bölgəsinin Karageçmiş yaşayış məntəqəsində baş verən qəzada 9 nəqliyyat vasitəsinin bir-birinə dəyməsi nəticəsində 4 nəfər yüngül xəsarət alıb.
Hadisə yerinə jandarm, polis, təcili yardım və yanğınsöndürənlər çağırılıb.
Qəzadan sonra yolda təxminən 4 kilometrlik tıxac yaranıb.
Digər tərəfdən, eyni avtomobil yolunun digər hissəsində başqa bir zəncirvari qəza qeydə alınıb. Bu hadisədə 12 nəqliyyat vasitəsi iştirak edib, lakin tələfat yaşanmayıb.