Türkiyədə məhkəmə qərarı ilə 74 hərbçi ömürlük həbsə məhkum edilib.
Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, həmin şəxslər 2016-cı ildə dövlət çevrilişi cəhdində ittiham edilir.
Konkret olaraq onlara ölkənin konstitusiya quruluşunun zorakı yolla dəyişdirilməsi cəhdi və məqsədli qətllərin törədilməsi ilə bağlı ittihamlar irəli sürülüb.