Türkiyənin Bursa şəhərində yaşayan bir qadın ərinin vaxtının çox hissəsini qəhvəxanada dostları ilə keçirməsindən, xüsusi günlərdə və sosial məkanlarda onu tək qoymasından şikayətçi olub və boşanmaq üçün məhkəməyə ərizə verib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, qadın təhqirlərə və psixoloji zorakılığa məruz qaldığını iddia edib, ərinin öhdəliklərini yerinə yetirmədiyini, bütün xərcləri özünün ödədiyini bildirib və təzminat tələb edib.
Beləliklə, Ali Məhkəmə qəhvəxanalara tez-tez gedən ərlərlə bağlı əlamətdar qərar verib.
Arvadını tək qoyub vaxtını qəhvəxanada keçirən ər günahkar hesab edilib. Ali Məhkəmə iş sənədlərini nəzərdən keçirib və daim qəhvəxanalarda vaxt keçirməyin və həyat yoldaşına qarşı laqeyd davranmağın ailə birliyini kökündən sarsıtdığına diqqət çəkib.
Ali Məhkəmə ərin qəti şəkildə təqsirli olduğuna dair hökm çıxarıb, qadının lehinə maddi və mənəvi təzminat ödənilməsinə qərar verib.
Qeyd edilir ki, bu qərar oxşar məhkəmə işləri üçün presedent yaradacaq.