İstanbulun Çekmeköy rayonunda avtobus dayanacağa çırpılıb.
Oxu.Az DHA-ya istinadən xəbər verir ki, hadisə zamanı xeyli sayda xəsarət alanların olduğu bildirilir.
Məlumata görə, avtobus əvvəlcə dayanmış taksi və yük maşınına, daha sonra dayanacağa çırpılıb.
Qəza yerinə yanğınsöndürənlər və xilasedicilər göndərilib. Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.