Somada yaşanan və 301 insanın dünyasını itirməsi ilə nəticələnən faciə ilə əlaqədar olaraq Türkiyədə polis tərəfindən saxlanmalar davam edir.
Oxu.Az Avropa.info-ya istinadən xəbər verir ki, bu saatlarda Soma Holdinqin başqanı Alp Gürkanın da polis tərəfindən saxlanılması xəbəri yayılıb. Qeyd edək ki, artıq Soma faciəsi ilə əlaqədar saxlanılan 24 nəfərdən 11-i həbs tələbi ilə məhkəməyə göndərilib.
Mayın 13-də Somada baş verən faciə nəticəsində 301 insan həyatını itirib, 486 insan isə yaralanıb.