Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Türkiyədə matəm elan olundu
Türkiyədə kömür mədənində baş vermiş faciə ilə əlaqədar 3 günlük yas elan edilib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Türkiyə hökuməti Manisa vilayətinin Soma rayonu ərazisindəki kömür mədənində çoxlu sayda işçinin ölümü ilə əlaqədar 13 may tarixindən etibarən ölkədə 3 günlük matəm elan olunduğunu açıqlayıb.
Matəmlə əlaqədar Türkiyədə və ölkənin xaricdəki nümayəndəliklərində bayraqlar yarıya qədər endirilib.
Qeyd edək ki, Soma kömür mədənində baş vermiş qəzada ölənlərin sayı 205-ə çatıb.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər