İyun ayının 1-dən Rusiya GPS peyk stansiyalarının işini dayandıra bilər. Amerika naviqasiya sistemi Rusiyanın Ukrayna üzündən Qərb ilə münasibətlərinin kəskinləşməsi nəticəsində meydana çıxan ilk xarici layihə deyil.
Visa və Mastercard Ağ evin sanksiyalarının icrası səbəbindən “Rossiya” bankının müştərilərinə xidməti dayandırıb və iyul ayının 1-dən ümumiyyətlə, Rusiya bazarından gedə bilərlər. Və Rusiya saytları üçün hosting təqdim edən Google, Apple – ümumiyyətlə bütün xarici şirkətlərin fəaliyyətinə ƏDV qoyulacağı barədə şayiələr gəzir.
Rusiya monitorinq sistemlərinin Amerika ərazisində yerləşdirilməsi barədə uzanan danışıqlara cavab olaraq, Rusiya tərəfi ABŞ tərəfini bütün 11 GPS stansiyalarının iyunun 1-dən bağlanılacağı barədə xəbərdarlıq verib.
Oxu.Az İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə RF Baş naziri Dmitri Roqozin xəbər verib.
Diferensial korreksiya və monitorinq sistemli stansiyaların (DKMS) ABŞ ərazisində tikilməsi uzun müddət sual altında qaldı. Hələ 2013-cü ilin dekabrında İTAR-TASS ABŞ hərbi büdcəsinin bölünməsi barəsində məqalənin dərc edildiyi “The New York Times” Amerika qəzetindən sitat gətirib. Bu məqalədə 2014-cü ilin müdafiə xərclərinə dair qanun layihəsinə müvafiq olaraq Rusiyanın planlaşdırdığı GLONASS stansiyalarının heç birini Amerika ərazisində tikə bilməyəcəyi deyilirdi.