Qara dənizdə “Volgabalt 214” gəmisinin qəzaya uğraması nəticəsində daha üç nəfərin cəsədi aşkarlanıb.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Ukraynanın Türkiyədəki səfiri Andrey Sibiq məlumat verib.
Səfir bildirib ki, aşkarlanan cəsədlər tanınması üçün eskpertizaya göndərilib.
Xatırladaq ki, dünən göyərtəsində iki azərbaycanlının olduğu gəmi Qara dənizdə batıb.
Məlumatlara görə, hər iki azərbaycanlı hadisə zamanı həyatını itirib.