Türkiyənin Malatya vilayətinin Pötürge rayonunda Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ ətrafdakı üç vilayətdə hiss olunub.
Hələlik yeraltı təkanın fəsadları barədə məlumat yoxdur.