Türkiyənin Malatya şəhərində ikimərtəbəli bina çöküb.
Artıq dağıntılar altından 10 nəfərin yaralı vəziyyətdə çıxarıldığı bildirlib.
Ölkə mediasında yayılan məlumatlara görə, uçqun zamanı binada 20 nəfər olub və hələ də dağıntılar altında qalanlar var.
Alt mərtəbəsi restoran, üst mərtəbəsi isə qiraətxana olan köhnə tikilinin uçma səbəbi məlum deyil.
Hadisə yerinə çoxlu sayda xilasetmə qüvvələri, polis, yanğınsöndürmə briqadaları və təcili tibbi yardım maşınları cəlb edilib.
#SONDAKİKA
— TRT HABER (@trthaber) November 9, 2021
Malatya'da iki katlı bina çöktü: 2 kişi yaralı olarak çıkarıldı.https://t.co/iKtub5LT2X pic.twitter.com/9AJNgM4zHa