Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Türkiyədə çimərliklərdə tapılan cəsədlərin sayı doqquza çatıb - YENİLƏNİB
Türkiyədə son bir həftə ərzində çimərliklərdə tapılan cəsədlərin sayı doqquza çatıb.
Bazar ertəsi Antalyada iki, Muğlada bir cəsəd tapılıb.
Xatırladaq ki, təkcə son beş gündə Antalya çimərliklərində altı nəfərin meyiti tapılıb. Yerli hakimiyyət rəsmiləri ölənlərin qayığı qəzaya uğrayan suriyalı qaçqınlar olduğunu güman edirlər.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Mənbə: Hürriyet
8:16
Bu həftə Türkiyənin Antalya vilayətinin sahillərində aşkarlanan meyitlər qayığı batan qeyri-qanuni miqrantlara aid ola bilər.
Məlumata görə, təkcə son beş gündə Antalyanın Alanya və Manavqat bölgələri çimərliklərində altı kişi və qadın meyiti sudan çıxarılıb.
İlkin hesablamalara görə, onlar uzun müddət suda qalıblar.
Məhkəmə-tibb ekspertləri hələ ki qurbanların kimliyini müəyyən etməyiblər.
Qeyd edək ki, Antalyanın qərbində yerləşən Egey dənizi Avropaya aktiv qeyri-qanuni miqrasiya yolu olaraq qalır. Bölgədəki Türkiyə Sahil Mühafizəsi mütəmadi olaraq qeyri-qanuni mühacirləri daşıyan qayıqların qarşısını alır və ya qayıqları batan insanları xilas edir.
Mənbə: Habertürk
Rəylər