Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Türkiyədə cinayət təşkilatı ilə bağlı əməliyyat: Beşiktaş bələdiyyə sədri həbs olundu
Türkiyənin İstanbul şəhərində cinayət təşkilatı ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan Beşiktaş bələdiyyə sədri Rıza Akpolat və təşkilatın rəhbəri olduğu iddia edilən Aziz İhsan Aktaş həbs ediliblər.
Bu barədə Oxu.Az "TRT Haber"ə istinadən xəbər verir.
Qeyd edək ki, istintaqın məlumatına görə, Aziz İhsan Aktaş adlı şəxs cinayətkar təşkilat quraraq, bələdiyyə sədrlərinə və bələdiyyələrin yüksəkvəzifəli şəxslərinə rüşvət verməklə tender prosesləri təşkil edib və həmin tenderlərdə öz şirkətlərinin qalib olmasını təmin edib.
Bu çərçivədə saxlanılan 40 şübhəlinin ifadələri alındıqdan və lazımi prosedurlar aparıldıqdan sonra Rıza Akpolat, onun müavini Alican Abacı, Beşiktaş bələdiyyəsi "Beltaş" Biznes Sənaye və Ticarət şirkətinin sədri Öndər Gedik və Aziz İhsan Aktaşın da aralarında olduğu 23 şübhəli məhkəmə qərarı ilə həbs edilib.
Səkkiz şübhəlinin isə məhkəmə nəzarəti altında azadlığa buraxılmasına qərar verilib.
Rəylər