Türkiyədə COVID-19-un yeni ştammı olan “Eris” yayılıb.
Bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bəyan edib.
Onun sözlərinə görə yeni variant artıq doqquz nəfərdə tapılıb.
Qurum rəhbəri bununla belə vətəndaşları təlaşa düşməməyə çağırıb. F.Koca bildirib ki, ştamm başqa ölkələrdə yayılmışdı və Türkiyədə də gözlənilirdi. O, xüsusən yaşlıları və xroniki xəstəliklərdən əziyyət çəkənləri diqqətli olmağa çağırıb.
Qeyd edək ki, bu variantda görünən əsas simptom dadbilmə və iybilmə hissinin itməsidir.
“Eris” ştammı dünyanın 52 ölkəsində yayılıb. Mütəxəssislərin fikrincə, yaxın gələcəkdə statistikada ciddi artım müşahidə oluna bilər.
ENDİŞE KONUSU SAYILMAYACAK BİR GELİŞME. Hasta etme gücünün (virülansının) düşüklüğünü bildiğimiz Eris varyantı Referans Laboratuvarımızda yapılan incelemede 9 kişide görüldü. Yurtdışı temaslı ve aynı ildeler. Mevcut tedbirlere ve gündelik hayatımıza devam edeceğiz.
— Dr. Fahrettin Koca (@drfahrettinkoca) September 15, 2023
Durum başka…
Mənbə: Haber Global