Türkiyədə PKK terrorçularına qarşı keçirilən əməliyyat zamanı 1 əsgər şəhid olub, daha 3 əsgər yaralanıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, əməliyyatın aparıldığı Diyarbəkir bölgəsinin rəhbərliyi və Türkiyə Baş Qərargahı faktı təsdiqləyib.
Əməliyyat zamanı terror qrupunun bir neçə üzvü zərərsizləşdirilib.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin