Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Türkiyədə dəhşətli qətl hadisəsinin görüntüləri ortaya çıxdı: ANBAAN VİDEO
Türkiyənin Kayseri vilayətinin Melikqazi rayonunda baş verən dəhşətli qətl hadisəsinin təhlükəsizlik kamerası tərəfindən qeydə alınan görüntüləri ortaya çıxıb.
Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir.
3 mart tarixində Melikqazi rayonunun Şirintepe rayonunda aralarında əvvəlcədən düşmənçilik olduğu iddia edilən Yener K. adlı şəxs ilə qaynı Serkan Temel arasında mübahisə yaranıb. Serkan Temel marketdən çıxan Yener K.-nın qarşısını kəsib və ona hücum edərək döyməyə başlayıb. Dönüb gedərkən Yener K. belindəki tapançanı çıxarıb və Temelə atəş açıb. Daha sonra isə maşını ilə Serkan Temelin üzərindən keçib və hadisə yerindən qaçıb.
Sağlamlıq qrupları tərəfindən edilən müayinədən sonra Temelin həyatını itirdiyi məlum olub.
Yener K. polis qrupları tərəfindən qısa müddətdə tutularaq saxlanılıb.
"Türkiyə" teqi üzrə xəbərlər
- İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı
- Ərdoğan öz vəzifəsini 4-cü sinif şagirdinə təhvil verdi
- "Fənərbağça"nın futbolçusu zəlzələ zamanı ailəsinin təşviş içində olduğu görüntüləri paylaşdı
- İstanbulda məktəblər bağlandı
- İstanbulda 6.2 bal gücündə zəlzələdən sonra məşhur seysmoloq Naci Görür xəbərdarlıq etdi: "Yüklənir"