Türkiyədə traktorla mikroavtobusun toqquşması nəticəsində ən azı 7 nəfər həlak olub, 19 nəfər yaralanıb.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Qaziyəntəp əyalətində baş verib.
Qəza zamanı 4 nəfər həlak olub, daha 3 nəfər isə aldığı xəsarətlərdən dünyasını dəyişib.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan üçünün vəziyyəti son dərəcə ağırdır.
Qəzanın səbəbləri araşdırılır.