Batman-Diyarbəkir istiqamətində hərəkət edən yük qatarının keçdiyi yolda törədilən partlayış nəticəsində 10 vaqon relsdən çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə Report “Sabah”a istinadən məlumat yayıb.
Məlumata əsasən, partlayış nəticəsində ölən və yaralanan olmayıb.
Məlumata görə, partlayış əldəqayırma partlayıcı ilə törədilib.
14:32
Türkiyənin Diyarbəkir əyalətinin Sur rayonunun Çarıklı bələdiyyəsinin Karpuzlu kəndində partlayış olub.
Oxu.Az xəbər verir ki, bu barədə Report “Haberler”ə istinadən məlumat yayıb.
Məlumata əsasən, hadisə kənddən keçən dəmiryol xəttində baş verib.
Partlayış yerinə çox sayda təcili tibbi yardım maşını cəlb edilib.
Hadisə barədə əlavə məlumat yayılmayıb.
N.О.