Ankarada ölkədə dünyəvi təhsilə dəstəklə bağlı keçirilən nümayiş zamanı 100-ə yaxın insan saxlanılıb. Agence France-Presse-in məlumatına görə, polis nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.
Nümayiş 2013-cü ildən kütləvi aksiyaların qadağan olunduğu Türkiyə paytaxtında işgüzar mərkəzə yaxın yerdə keçirilib. Nümayişçilər məktəblərdə məcburi dini təhsilə qarşı çıxırlar. Hakim partiyada bu cür dərslərin keçirilməsini İslam ekstremizmi ilə mübarizə ilə izah edirlər. Bu barədə Oxu.Az Lenta-ya istinadən məlumat verir.
Dekabrın ortasında Türkiyədə KİV əməkdaşlarının kütləvi aksiyaları baş tutub. Onlar da həbslərlə müşahidə olunub. Xüsusi əməliyyat nəticəsində Türkiyədə Zaman müxalif qəzetinin baş redaktoru Əkrəm Dumanlının da olduğu 24 nəfər həbs olunmuşdu.