Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Türkiyədə əməliyyat: Milyondan çox narkotik həb ələ keçirildi
Türkiyə Ticarət Nazirliyinin Gömrük Mühafizə qrupları tərəfindən Ambarlı Limanı və Öncüpınar Gömrük Qapısında həyata keçirilən əməliyyatlar zamanı 1 milyon 380 min "Captagon" həb ələ keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, əməliyyat zamanı 12 konteyner riskli olaraq qiymətləndirilib və ətraflı müayinədən keçirilib. Konteynerdə aparılan yoxlamalar zamanı, həmçinin 26 min 520 qarışdırıcı maşın aşkarlanıb.
Müsadirə edilən malların ümumi dəyərinin təxminən 120,5 milyon türk lirəsi olduğu müəyyən edilib.
"Türkiyə" teqi üzrə xəbərlər
- Zəngəzur dəhlizinin Türkiyə hissəsi ilə bağlı qarşıdakı aylarda işlərə başlanacaq
- Ərdoğanın müşaviri: "Azərbaycanla Ermənistan arasında davamlı sülhün olacağına inanırıq"
- Ərdoğanın müşaviri: "Ukrayna ilə bağlı danışıqların predmeti onun ərazisinin 25 faizidir"
- Türkiyədə məktəblərin birində 100-dən çox şagird xəstəxanalıq oldu
- İstanbulda İran kəşfiyyatına məlumat ötürən beş nəfər saxlanılıb
Ən çox oxunanlar