Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Türkiyədə fırtına Qara dənizdə hündürlüyü beş metrə çatan dalğalar yaratdı - FOTO/VİDEO
Türkiyənin Kastamo vilayətində fırtına səbəbindən infrastruktura zərər dəyib.
Məlumata görə, saatda təxminən 80 kilometr sürətlə əsən külək Qara dənizdə hündürlüyü beş metrə çatan nəhəng dalğalar yaradıb. Nəticədə dalğalar Hacıvəli şosesində divarı aşaraq yola qədər gedib. Sahil zolağındakı parklar, uşaq meydançaları dalğaların daşıdığı qum və daş yığınları ilə dolub.
Həmçinin Abana, İnebolu rayonlarında sahildə yerləşən müəssisələrə ziyan dəyib.
Bununla bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.
Mənbə: A Haber, “Anadolu” Agentliyi
Ən çox oxunanlar
Rəylər