Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Türkiyədə futbol klubunun prezidenti döyülüb
Türkiyənin 1-ci Liqasında mübarizə aparan "Sakaryaspor" klubunun prezidenti Gökhan İn klubun reklam və sponsorluq işlərini aparan Cengiz Şen tərəfindən döyülüb.
Oxu.Az bu barədə haber3.com-a istinadən xəbər verir.
Cengiz Şenin klub prezidentini döydüyü görüntülər üzə çıxıb. Xəsarət və təhdidetmə də daxil olmaqla daha altı cəzası olan klub rəsmisi barədə cinayət işi açılıb.
Gökhan İnə xəsarət yetirən şübhəli hər yerdə axtarılır. Video görüntüləri çəkən şəxsin əlində silahın olduğu bildirilir.
Qeyd edək ki, "Sakaryaspor" bu gün Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Ankaragücü" ilə üz-üzə gələcək.
"Türkiyə" teqi üzrə xəbərlər
- Ümit Özdağ azadlığa buraxılıb
- Azərbaycan və Türkiyə münasibətlərinə qurulan tələ deşifrə oldu
- Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılacağı tarix məlum olub
- Türkiyə ilə Azərbaycanın sarsılmaz qardaşlığını hədəfə alanlara "Haber Global"dan ciddi REAKSİYA
- İsrail qırıcıları Türkiyənin hava məkanını pozub