İstanbul məhkəməsi "Denizbank"ın keçmiş filial direktoru Seçil Erzanı fırıldaqçılıq və aldatma ittihamı ilə 102 il 4 ay müddətinə azadlıqdan məhrum edib.
Oxu.Az bu barədə NTV telekanalına istinadən xəbər verir.
Məlumata görə, o, həmçinin 178 min dollar məbləğində cərimələnib.
Məhkəmə Seçil Erzanın yaratdığı fondun yüksək mənfəət adı altında 41 nəfəri aldatdığını müəyyən edib. Onun əmanətçiləri arasında məşqçilər və futbolçular - Fatih Terim, Arda Turan, Emre Belözoğlu, Fernando Muslera və başqaları olublar.
Qeyd edək ki, Seçil Erzan 2023-cü ilin aprel ayından bəri həbsdədir.