Türkiyənin Tokat vilayətində bağ evində partlayış baş verib.
Məlumata görə, jandarm əməkdaşları başqa evlərin sakinlərinin səs-küylü qonşularla bağlı şikayəti ilə bağlı ünvana gəliblər.
Onlar gəldikdən sonra naməlum səbəbdən partlayış baş verib. Hadisə zamanı 5-i jandarma əməkdaşı olmaqla 7 nəfər yaralanıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Haber Global