Aprelin 12-də axşam saatlarında Türkiyənin Diyarbəkir əyalətinin Hani şəhərində hərbi bazaya hücum olub.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayıcı maddə ilə yüklənmiş avtomobilin partladılması nəticəsində bir əsgər şəhid olub, 39 əsgər və onların 6 qohumu, həmçinin 2 digər mülki vətəndaş yaralanıb.
Yaralı şəxslər xəstəxanaya yerləşdirilib. Onların müalicəsi davam edir.