Türkiyədə “İslam dövləti” (İŞİD) terror qruplaşmasının əsas avstraliyalı yaraqlısı Nil Prakaş saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABC Online xüsusi xidmətlərdəki mənbəyə istinadən məlumat yayıb.
Abu Xaled Kombodi adı ilə məşhur olan Prakaşın saxlanılması bir neçə həftə əvvəl baş tutub, amma bu barədə yalnız indi məlumat yayılıb.
Avstraliya hakimiyyəti onu 2015 və 2016-cı illərdə Melburnda Veteranlar günü şərəfinə təntənəli mərasimdə ölkə ərazisində baş tutmayan terror aktlarının təşkilinə aidiyyatı olduğunu hesab edir.
Bundan başqa Prakaş Avstraliya ərazisində İŞİD sıralarına yeni adamların cəlb edilməsi ilə məşğul olduğu bildirilib, bununla əlaqədar ölkənin baş prokuroru Corc Brandis onu “Yaxın şərqdə əsas avstraliyalı terrorçu adlandırıb”.
Daha öncə xüsusi xidmətlər Prakaşın Suriyada öldüyünü bildiriblər, amma sonradan onun sadəcə yaralandığı üzə çıxıb.
Terrorçunun ekstradisiyasına bir neçə ölkə, o cümlədən də İsrail təkid edir. Hazırda türk hakimiyyəti onun ekstradisiyası məsələsinə dair sorğuları nəzərdən keçirir.
N.O.
www.oxu.az