Türkiyənin Batman əyalətinin Kozluk rayonunda Jandarm İdarəsinin yerləşdiyi binanın qarşısında avtomobilin partladılması nəticəsində ikisi əsgər olmaqla, 3 nəfər yaralanıb.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə Milli.az Türkiyə KİV-ə istinadla xəbər verir.
Məlumata əsasən, rayon mərkəzində də bir şəxs avtomatla sakinlərə hücum edib.
15:15
Türkiyənin Batman əyalətinin Kozluk rayonunda Jandarm İdarəsinin yerləşdiyi binanın qarşısında avtomobilin partladılması nəticəsində yaralananlar olub.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə “Report” “Hürriyet”ə istinadən xəbər verir.
Əraziyə çoxlu sayda təcili tibbi yardım avtomobili və təhlükəsizlik qüvvələrinin əməkdaşları cəlb edilib.
N.О.