Türkiyənin İstanbul şəhərinin Zeytinburnu rayonunda kafe işçisinin etdiyi zarafat müştərini təşvişə salıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Sondakika.com" nəşri görüntülər dərc edib.
Məlumata görə, çiy köfte satan kafenin sahibi içəri daxil olan müştəriyə "gözəgörünməzlik" zarafatı edib. Suallarına heç bir cavab verilmədiyini və ona tərəf baxılmadığını görən müştəri öldüyünü zənn edib və təşvişə düşüb. Nəticədə, kişi həqiqətən öldüyü üçün onu görmədiklərinə inanmağa başlayıb.
"Öldümmü?", - deyə qışqıraraq kafedən çölə qaçıb.
Bu anlar təhlükəsizlik kameralarına əks olunub.