Futbol üzrə Azərbaycan Kubokunda növbəti yarımfinalçı müəyyənləşib.
Oxu.Az xəbər verir ki, 1/4 finalda səfərdə "Sumqayıt"a 4 cavabsız qolla qalib gələn "Sabah" yarımfinala adlayıb.
Qonaqların heyətində Anatoli Nuriyev (55), Xəyal Əliyev (71), Coy-Lens Mikels (82) və Amin Seydiyev (90+3) fərqləniblər.
Bu komandalar arasında keçirilən ilk görüşdə hesab açılmamışdı.
"Bayquşlar" növbəti raundda "Neftçi" - "Kəpəz" cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, bu gün baş tutan digər 1/4 final matçında "Qarabağ" "Səbail"i 3:1 hesabı ilə məğlub edərək yarımfinala yüksələn ilk komanda olub. 1/4 final mərhələsinə sabah baş tutacaq iki görüşlə yekun vurulacaq.
Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.
Oxu.Az xəbər verir ki, "Qarabağ" "Səbail"i qəbul edib. Görüşə yaxşı başlayan ev sahibləri matçdan 3:1 hesablı qələbə ilə ayrılıblar.
Qeyd edək ki, komandalar arasındakı ilk matçda Ağdam klubu minimalhesablı qalibiyyət əldə etmişdi.
Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yüksələn ilk komandalar bəlli olacaqlar.
Oxu.Az xəbər verir ki, cavab görüşlərinin ilk oyun günündə "Qarabağ" səfərdə minimal hesabla məğlub etdiyi "Səbail"i saat 16:00-da qəbul edəcək.
İlk oyunda 0:0 hesablı heç-heçəyə razılaşan "Sumqayıt"la "Sabah" isə saat 19:30-da üz-üzə gələcək.
Qeyd edək ki, cavab görüşlərinə fevralın 28-də "Zirə" - "Araz-Naxçıvan", "Neftçi" - "Kəpəz" matçı ilə yekun vurulacaq.
27 fevral
Azərbaycan Kuboku
1/4 final mərhələsi
Saat 16:00, "Qarabağ" - "Səbail";
Saat 19:30, "Sumqayıt" - "Sabah".