Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Mercedes-Benz"də kütləvi ixtisarlar başlayıb
"Mercedes-Benz" Çindəki işçilərinin 15%-ini ixtisar edir.
Oxu.Az xəbər verir ki, bu barədə ixbt.com məlumat verib.
Qeyd olunur ki, bu ixtisarlar əsasən "Mercedes-Benz Automobile Sales Co., Ltd" və "Mercedes-Benz Auto Finance Co., Ltd"nin satış və avtomobil krediti bölməsinə aiddir.
İşdən çıxarılan işçilər kompensasiya ala və yaxın iki ay ərzində yeni iş tapmasalar, mart və aprel aylarının da maaşlarını ala bilərlər.
"Mercedes-Benz China"ya yaxın mənbə bildirib ki, bu ixtisarlar ümumi olub və yuxarıda adı çəkilən şirkətlərin demək olar ki, bütün departamentlərini əhatə edib.
Fevralın 20-də "Mercedes-Benz"in 2024-cü maliyyə ili üzrə maliyyə nəticələri göstərib ki, şirkətin xalis mənfəəti əvvəlki ilə nisbətən 28% azalaraq 10,4 milyard avro təşkil edib. "Mercedes-Benz" rəqəmlərin aşağı düşməsini əsasən Çin bazarında satışların azalması ilə əlaqələndirib.
Çin regionu ilə yanaşı, "Mercedes-Benz" digər ölkə və bölgələrdə də işçilərin ixtisarını həyata keçirəcək.
"Avto-moto" teqi üzrə xəbərlər
- Avtomobilinizin salonunda haqqında məlumatsız olduğunuz düymələr
- Termostat nədir və onu ev şəraitində necə yoxlamaq olar?
- "Audi"nin Brüsseldəki zavodu həmişəlik bağlanacaq
- Ən etibarlı işlənmiş avtomobillərin adı açıqlanıb
- Rusiyada kişi arvadına hədiyyə aldığı "Porsche" avtomobilini zibil qutusuna atdı