Türkiyə Kubokunda "Qalatasaray" növbəti matçına çıxıb.
Oxu.Az xəbər verir ki, C qrupunda 3-cü tur çərçivəsində sarı-qırmızılar doğma meydanda qrup lideri "Konyaspor"u qəbul ediblər.
İstanbul klubu rəqibi ilə bacarmayıb və görüş qolsuz heç-heçə ilə başa çatıb.
Beləliklə də, "Konyaspor" 7 xalla C qrupunda birinci, "cim-bom" isə 5 xalla ikinci yeri tutub. Bu nəticə hər iki komandanı növbəti mərhələyə çıxarıb.
Qeyd edək ki, "Qalatasaray" və "Konyaspor"la yanaşı "Başakşehir", "Boluspor", "Eyupspor" və "Çorum" klubları da C qrupunda mübarizə aparıb.