Türkiyənin Kayseri əyalətinin Bünyan rayonunda məktəbliləri aparan mikroavtobusun “TIR”-la toqquşması nəticəsində 1 şagird ölüb, 11-i yaralanıb.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, hadisə Karakaya məhəlləsində baş verib.
İlkin məlumata görə, ərazidəki qatı duman qəzaya səbəb olub.
Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım heyəti və xilasedicilər cəlb edilib.
N.О.