Türkiyənin Bursa şəhərində baş verən partlayış nəticəsində xəsarət alanların sayı 13-ə çatıb.
Oxu.Az-ın Reuters-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu bildirib.
Xəstəxanalara 13 nəfərin çatdırıldığını bildirən nazir qeyd edib ki, yaralıların həyatlarına təhlükə yoxdur.
Nəşrin hüquq-mühafizə orqanlarındakı mənbələrindən əldə etdiyi məlumatına görə, partlayışı qadın terrorçu-kamikadze törədib.
21:19
Türkiyənin şimal-qərbində Bursa şəhərində baş verən partlayış nəticəsində xəsarət alanların sayı 13-ə çatıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Mehmet Müəzzinoğlu bildirib.
“Terror aktı nəticəsində 13 nəfər yaralanıb. Onların həyatlarına təhlükə yoxdur”, - Müəzzinoğlu jurnalsitlərə bildirib.
20:00
Türkiyənin şimal-qərbində Bursa şəhərində Ulu Camin məscidində törədilən partlayış zamanı 1 nəfər ölüb, daha 7 nəfər isə yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə NTV kanalı məlumat yayıb.
Məlumata əsasən, partlayış yerli vaxtla saat 17:25-də baş veribş. Partlayışın dəqiq səbəbi hələlik məlum deyil. Terror aktı istisna olunmur.
Hazırda hadisə yerinə təcili tibb yardım briqadaları cəlb edilib. Polis hadisə yerini mühasirəyə alıb.