Türkiyədə məşhur aktrisa Berna Laçin saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Berna Laçin "xalqı kin və düşmənçiliyə sövq etmək və təhqir etmək" maddəsi ilə başlanan istintaq çərçivəsində saxlanılıb.
Polis əməkdaşları onun evində də axtarış aparıblar.
Türkiyədə məşhur aktrisa Berna Laçin barəsində istintaq həyata keçirilir.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən məlumat verir.
Bildirilib ki, Ankara Baş Prokurorluğu Berna Laçinin sosial media hesabında paylaşdığı "İzmir daha əvvəl də işğal olunmuşdu, qorxma!" ifadəsini əsas gətirərək, "İctimaiyyəti nifrət və düşmənçiliyə təhrik etmək və təhqir etmək" maddəsi ilə araşdırmaya başlayıb.