Türkiyədə Diyarbəkir vilayətinin Sur və Silvan şəhərlərinin bələdiyyə başçıları saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.
Məlumata əsasən, “avtonomiya” haqda bəyanatlara görə 5 nəfər, o cümlədən yuxarıda göstərilən şəhərlərin bələdiyyə sədrləri Seyid Narın və Yüksəl Bodaqçı həbs edilib.
Onlar Türkiyə Cinayət Məcəlləsinin 302-ci maddəsi “Dövlət birliyi və ərazi bütövlüyünün pozulması” maddəsi ilə ittiham olunurlar.