Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Türkiyədə müştəri sürücünü güllələdi: “Hər adama etibar etmə” - VİDEO
Taksi sürücüsü soyuq havada mərhəmət edib maşınına mindirdiyi müştərinin silahlı hücumuna məruz qalıb. Baş verən hadisə maşına quraşdırılmış kamera tərəfindən qeydə alınıb.
Qorxunc hadisə Türkiyənin İzmir şəhərində baş verib.
Kadrlarda 44 yaşlı Oğuz E.-nin müştəri ilə söhbəti də qeydə alınıb. Görüntülərdə sürücünün maşını nasaz olduğu üçün evə getməyə hazırlaşdığı, ancaq yolda kişini soyuq havada gözlədiyini gördükdən sonra onun halına yandığını və maşına mindirdiyini deməsi əks olunub.
Ünvana çatdıqdan sonra müştəri pul çıxarırmış kimi davranıb, ancaq silahını çıxararaq sürücüyə üç dəfə atəş açıb. Sürücü yaralanaraq yan oturacağa yıxılandan sonra isə müştəri ön oturacağa tərəf gəlib, orada nəsə axtarıb, sonda isə - “bəzi adamlara etibar etməməlisən”, - deyərək hadisə yerini tərk edib.
Hadisə şahidlərinin təcili yardıma xəbər verməsindən sonra Oğuz E. xəstəxanaya aparılıb və əməliyyat olunub. Onun vəziyyəti sabit qiymətləndirilir.
Polis isti izlərlə şübhəlinin D.A. olduğunu müəyyən edib. O, üzərində cinayət aləti ilə saxlanılıb. Hadisə ilə bağlı cinayət işi açılıb.
Mənbə: İHA.com.tr
Rəylər