Türkiyənin cənub-şərqində hərbi konvoyun partladılması zamanı 6 nəfər həlak olub, daha 2 əsgər yaralanıb.
Oxu.Az-ın “Habertürk” portalına istinadən məlumatına görə, əldəqayırma partlayıcı qurğu Diyarbəkir əyalətində, hərbi konvoyun yolunda işə salınıb.
İnsident Lic şəhəri rayonunda baş verib. Hadisə yerinə təcili yardım maşınları və xeyli sayda hərbçilər gəlib. Ərazidə anti-terror əməliyyatı keçirilir.
12:54
Türkiyənin cənub-şərqində hərbi avtomobil kolonunun yaxınlığında partlayış baş verib.
Bu barədə Oxu.Az “Habertürk”-ə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, yaralananlar var.